COP29

Ehtiram Quliyevin böyük səs-küy yaradan projesi yarımçıq dayandırıldı - VİDEO

14:40 Turan 438
Ehtiram Quliyevin böyük səs-küy yaradan projesi yarımçıq dayandırıldı - VİDEO

«Turan Tovuz»un bir müddət əvvəl Kürdəxanıda tikintisinə başlanılan yeni bazasında işlər dayanıb.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

İnşaata ara verilməsinin dəqiq səbəbi açıqlanmayıb. Bununla belə, bildirilib ki, 1 aydan artıqdır icrası həyata keçirilən layihənin yarımçıq qalması Ehtiram Quliyevlə əlaqədardır.

İdarə Heyətinin sədrinin həmin problemləri nə vaxt həll edəcəyi də sual altındadır. Bu, bir neçə gün də çəkə bilər, bir neçə ay da.

Amma güman etmək olar ki, infrastruktur 2025-ci ilin əvvəlinədək başa çatdırılmayacaq. Prosesin daha uzun müddət almaq ehtimalı da istisna edilmir.

İş adamı sözügedən qəsəbədə 5 hektara yaxın ərazi alıb. Burada 2 təbii, 1 süni örtüklü meydançanın salınması nəzərdə tutulub.

Faktiki olaraq Tovuzdan köç etmiş «Turan» bundan sonra Kürdəxanıda məskunlaşacaq. Qərb təmsilçisinin həm əsas, həm də aşağı yaş qrupları üzrə komandaları burada mənzillənəcək.

Həmçinin digər klublar da sözügedən futbol qurğusundan yararlanmaq imkanı əldə edəcək. Hər halda tovuzlu tikinti maqnatının Bakı ətrafında baza salmasının əsas səbəblərindər biri budur. Kim məşq etmək istəyəcəksə, bura günlük ödəmə edəcək.

Başqa sözlə, Ehtiram Quliyev bir güllə ilə iki dovşan vurmaq niyyəti ilə layihənin gerçəkləşməsinə vəsait ayırıb. Yəni ki, fikri yalnız «Turan»ın qayğısına qalmaq deyil, habelə pul qazanmaq, şəxsi büdcəsini artırmaqdır.

Quliyevin bu projesi bəribaşdan birmənalı qarşılanmayıb. Tovuzlu futbolsevərlər onun doğma rayondan xeyli uzaqda belə iş tutmasını sərt tənqid atəşinə tutub.

Sosial şəbəkələr bu tip rəy və statuslarla doludur. Yerli publika iş adamını qınayır,

«Turan»ı Tovuzdan uzaqlaşdırmaqla səhv istiqamət götürdüyünü deyir. Hətta təklif edirlər ki, o, klubun adını dəyişsin, «Turan Kürdəxanı» qoysun.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti