COP29

“Turan” başbilənləri ilə Berdiyev bu futbolçunun üstündə möhkəm “toqquşdu” - SON DƏQİQƏ

17:40 Turan 999
“Turan” başbilənləri ilə Berdiyev bu futbolçunun üstündə möhkəm “toqquşdu” - SON DƏQİQƏ

«Kəpəz»lə matçdan «Turan Tovuz»dan qan qaraldan xəbərlər gəlməkdədir.

Baş hakim Rauf Allahverdiyevin verdiyi yanlış qərarlar üzündən derbini 2:1 hesabıyla qazanan komandanın düşərgəsində ciddi narahatlıq hökm sürür.

Bu da klub rəhbərliyi ilə Kurban Berdiyev arasında yaranan növbəti fikir ayrılığı səbəbindəndir.

Əvvəlcə onu yada salaq ki, rusiyalı mütəxəssis komandaya yeni müdafiəçi cəlb olunmasına vəsait ayrılmasını tapşırıb.

O, Şəhriyar Əliyevi legionerlə əvəzləmək fikrindədir. Ümumiyyətlə, 72 yaşlı sükançı kapitandan çox narazıdır.

Berdiyevə görə, «Bakı»nın yetirməsi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kluba layiq deyil.

Onun qənaətincə, Şəhriyar taktiki və texniki cəhətdən çox zəifdir, üstəlik, fiziki yöndə çatışmazları böyükdür.

Baş məşqçi «Turan»da üçüncü mövsümünü keçirən arxa xətt oyunçusunun hər oyunda sarı vərəqə almasına və kobud səhvlərlə yadda qalmasına diqqət çəkib.

Berdiyevin fikincə, Şəhriyar bu oyunu ilə heç Rusiyanın birinci liqasında özünü göstərə bilməz.

Millinin üzvü Premyer Liqanın 11-ci turunda sonradan meydana çıxıb. «Kəpəz»lə qərb derbisinə əsas heyətdə başlamayan müdafiəçi penaltiyə səbəbkar olub.

İndi problem ondadır ki, rəhbərlik yeni arxa xətt oyunçusunun alınmasına əlavə büdcə ayırmaq istəmir. Onlar Berdyevə çıxış yolu olaraq Araş Qaderini göstəriblər.

Bildiriblər ki, iranlı legioner qış fasiləsində düşərgəni tərk edərsə, həmin pulla başqa müdafiəçi almaq mümkündür.

Bunu onunla əsaslandırıblar ki, Arazın o tayından gəlmiş futbolçu böyük məbləğdə maaş alır, fəqət əsas heyətə düşmək uğrunda rəqabəti uduzur, çox vaxt ehtiyatda qalır.

Aldığı cavab baş məşqçinin əhvalını korlayıb. O, vaxtilə «Traktor»un formasını geyinmiş Araşın göndərilməsinə qarşı çıxıb və narazılığını sərt formada dilə gətirməkdən çəkinməyib.

Berdiyev qəti şəkildə deyib ki, iranlı ən azı müqavilə müddətinin sonunadək, yəni, 2026-cı ilin yayınadək Tovuzu tərk etməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti