«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev rəhbərliyi növbəti istəyi ilə tanış edib.
Rusiyalı mütəxəssis komandaya yeni müdafiəçi cəlb olunmasına vəsait ayrılmasını tapşırıb.
O, Şəhriyar Əliyevi legionerlə əvəzləmək fikrindədir. Ümumiyyətlə, 72 yaşlı sükançı kapitandan çox narazıdır.
Berdiyevə görə, «Bakı»nın yetirməsi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kluba layiq deyil.
Onun qənaətincə, Şəhriyar taktiki və texniki cəhətdən çox zəifdir, üstəlik, fiziki yöndə çatışmazları böyükdür.
Baş məşqçi «Turan»da üçüncü mövsümünü keçirən arxa xətt oyunçusunun hər oyunda sarı vərəqə almasına və kobud səhvlərlə yadda qalmasına diqqət çəkib.
Berdiyevin fikincə, Şəhriyar bu oyunu ilə heç Rusiyanın birinci liqasında özünü göstərə bilməz.
Millinin üzvü Premyer Liqanın 11-ci turunda sonradan meydana çıxıb. «Kəpəz»lə qərb derbisinə əsas heyətdə başlamayan müdafiəçi penaltiyə səbəbkar olub.
SPORTİNFO.AZ