COP29

"Turan" Aşqabad kimi batacaq - Bu gün bəxtləri gətirir, sabaha güman yoxdur

19:00 Turan 320
"Turan" Aşqabad kimi batacaq - Bu gün bəxtləri gətirir, sabaha güman yoxdur

Premyer Liqanın 11-ci turunu "Turan Tovuz"un aktivinə yazmaq olar. İddialılar sırasında olanların nəticələri baxımından. "Qarabağ"ın yeri "bron" olduğundan, nəticələri müzakirə olunmur.

"Zirə" "Araz-Naxçıvan"la, "Sabah" "Neftçi" ilə bərabərə qaldı.

Hər şey sanki bölgə klubunun arzuladığı ssenari ilə getdi.

Bu, turnir cədvəlinin görüntüsündə belədir.

Meydandakı mübarizə xoş gələcəkdən xəbər vermir.

Berdiyevin komandası ilk turlar sıx müdafiəsi ilə rəqiblər üçün əsl problemə çevrilmişdi. Hətta "Qarabağ"a belə.

Amma son turlar onun taktiki sxemi çözülüb. İlk 5 turda qapısında qol görməyən qərblilər son 6 matçda 9 dəfə qapısından topu çıxarmalı olub. Və yalnız "Zirə" ilə görüşdə quru oyun keçirmək mümkün olub.

Berdiyevin arxada sıxlıq yaradıb qapanmaq taktikası artıq o qədər də keçərli deyil. Amma şansı hələ də yerindədir.

Heç də üstün olmadığı "Zirə" və "Kəpəz"lə oyunlarda son saniyədə gələn qolla 3 xalı qoparmağın, Şamaxıda son saniyədə məğlubiyyətdən xilas olmağın başqa izahı yoxdur.

Belə şanslı gedişat çox gedə bilməz. Bu gün 4-cü pillədə yer alan "Zirə"ni 8 xal qabaqlaya bilərsən, lakin göstərilən oyunla həmin fərqi qorumaq real görünmür.

Əsl həqiqətdən türkmənistanlı mütəxəssis də agahdır. Hər halda, onun kimi zəngin təcrübə sahibi hər mətbuat konfransında narazılığını boşuna dilə gətirmir. Təhlükənin qapıda olduğunun fərqindədir.

Qərb dərisindən sonra isə bəxtlərinin gətirdiyini etiraf edib.

Ən doğu diaqnoz elə budur - bu gün "Turan"ın bəxti gətirir, sabaha isə güman yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti