COP29

Onları yalnız “Qarabağ” qabaqlayır, vəssalam! – Nə istəsən, var

17:40 Turan 233
Onları yalnız “Qarabağ” qabaqlayır, vəssalam! – Nə istəsən, var

Yemək olur e, dadandan sonra yanındakılara deyirsən, yağ kimi getdi, ləzzət elədi. Duzu, istiotu, suyu, yağı - hamısı normasında olur, artıq-əskik heç nə tapmırsan.

Bax, cari mövsümün dadı-duzu “Turan Tovuz”dur.

* Azarkeşləri bu gün üçün ölkədə 1 nömrədir, hər ev oyununda stadionu doldururlar, səfər matçlarında rəqiblərə qorxu yaşadırlar.

* Hakim köməyinə ehtiyac duymur, şübhəli oyunlarda yoxdur.

* Sərgilədiyi futbol şən və maraqlıdır,

* Nəticəsi bu gün üçün əladan da əladır. Lider “Qarabağ”dan cəmi 3 xal geridə qalır.

* Biri Bakıda, o biri Tovuzda olmaqla iki məşq bazası tikilir, akademiyaya xüsusi diqqət ayrılır.

Azərbaycan reallığında bu keyfiyyətlərə sahib başqa bir komanda varsa, o da “Qarabağ”dır, vəssalam.

“Turan Tovuz” avrokuboklara vəsiqə qazansa, ev oyunlarını məhz doğma şəhərdə keçirəcək. Sizi bilmirəm, artıq indidən həmin gün stadiondakı ajiotajı görmək üçün səbrsizlənirəm.

Təbii ki, sadaladıqlarım ipdən qopmasa, bu şəkildə davam etsə.

Bu komanda həqiqətən çox “şirindir”. Başqa bənzətmə tapa bilmədim.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu