COP29

Premyer Liqa klubu azərbaycanlı legionerinə Azərbaycan pasportu aldı - SON DƏQİQƏ

14:40 Turan 541
Premyer Liqa klubu azərbaycanlı legionerinə Azərbaycan pasportu aldı - SON DƏQİQƏ

«Turan Tovuz» bir neçə aylıq mücadilədən sonra istəyinə çatıb.

Klub rəhbərliyi Ayxan Quseynovun vətəndaşlıq problemini həll edib.

Üç ildir komandanın formasını geyinən yarımmüdafiəçi Azərbaycan pasportu alıb. 1999-cü ildə Rusiyada dünyaya gəlmiş oyunçu bundan sonra Premyer Liqada yerli statusu ilə çıxış eləyəcək.

Bu, Kurban Berdiyevin istəyi və təkidi nəticəsində gerçəkləşib. Altı aya yaxındır ölkəmizdə çalışan rusiyalı mütəxəssis hələ iyulda klub rəsmilərinə Ayxanın pasport məsələsini düzəltmələrini tapşırıb.

Bildirib ki, Quseynov ona yerli kimi faydaoılır, legioner sayılması əsas heyətlə bağlı planlarına maneə törədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?