COP29

"Turan" yerində saymır,  elə isə Berdiyev nədən narazıdır?

16:40 Turan 219
"Turan" yerində saymır,  elə isə Berdiyev nədən narazıdır?

«Turan Tovuz» Kurban Berdiyevlə yenidən çıxışa keçib.

Premyer Liqanın son iki turunda qələbə yenə onlarındır.

«Zirə»nin ardınca Sumqayıt səfərindən 3 xal qopardılar.

Berdiyev nəticədən razı, oyundan narazıdır. Bunu artıq öz dilindən eşidirik. Zamanla biz ondan hələ çox həqiqətləri eşidəcəyik, bu, hələ harasıdır!

Türkmən kökənli baş məşqçinin yaşı 72-dir. Yaşadığını yaşayıb, gördüyünü görüb.

«Turan»da uğurlu olsa da, uğursuz olsa da, bu, onun imic divarından bir kərpic parçasını da vurub yerə salmayacaq.

Qazandığını qazanıb, o, indi burada, sadəcə, vaxtını və «qurd»unu öldürür.

Berdiyev «Məmmədağa, vur qabağa, nə olar, olar» devizi altında əldə edilən nəticələrin perspektivsizliyini anlayır.

Çarı qundaqda, şahı taxtda görmüş qocadır, bilir ki, bu, müvəqqəti haldır, qələbə zənciri bir yerdə qırılacaq.

Müdafiədə koma qurmaqla, Otto Con və Sadiq Şəfiyevin irəlidə boş zona tapıb fərqlənməsinə ümid etməklə, azarkeşə cansıxıcı futbol izlətməklə qalibiyyətlərin davamını gətirmək çətin yox, çox çətin olacaq.

Çünki rəqiblər bundan sonra «Turan»ı daha ciddiyə alacaq.

Hələlik əlindəki təsbeh, dilindəki dualar Berdiyevi qurtarır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?