COP29

Ehtiram Quliyevi idarə edən gizli “müşavir” kimdir?

17 Oktyabr 20:00 Turan 518
Ehtiram Quliyevi idarə edən gizli “müşavir” kimdir?

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin gizli müşavirinin kimliyi bəlli olub.

2022-ci ilin əvvəlində Tovuz təmsilçisini himayəsinə götürən iş adamının Tural Piriyevin məsləhətlərinə qulaq verdiyi üzə çıxıb.

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru ilə daim əlaqə saxlayan tikinti maqnatı ondan klubun idarəçiliyi ilə bağlı fikir alış-verişi edir.

Piriyevin rəyi, nə düşündüyü Quliyev üçün əsasdır - məşqçilərdən tutmuş ta sıradan funksionerlərə kimi.

Tural Piriyev futbola təsadüfən gəlmiş şəxslərdən biridir. Elxan Məmmədovun kadrlarından biridir.

14 il ərzində AFFA-nın təpəsində dayanmış E.Məmmədov onu kənar sahədən bura «transfer» edib. FİF-in yaradılması və bu zatın orada mühüm vəzifəyə gətirilməsi keçmiş icraçı vitse-prezidentin ideyasıdır.

Düzdür, FİF-in icraçı direktorunun son 1-2 ildə Məmmədovdan uzaqlaşması, hətta yeri gələndə, əleyhinə danışması barədə xəbərlər var, ancaq hələ də AFFA ilə əlaqələrini sıx tutması müəyyən qənaətə gəlməyə əsas verir.

Rövşən Nəcəfin yeni idarəetmə aparatı aradan ötən 6 ay ərzində FİF-ə «əlini bulamayıbsa», demək ki, Piriyevin mövqeləri laxlamayıb.

Ehtiram Quliyevə gəlincə, onun icraçı direktorla münasibətləri bir neçə il öncə yaranıb. İş adamı «Turan»ı məhz FİF-in də iştirakıyla baş tutan görüşmələrdərn sonra öz çətiri altına keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti