COP29

“Turan” rəhbərliyi Berdiyevin bahalı istəyini yerinə yetirməkdən İMTİNA ETDİ!

10:40 Turan 3 531
“Turan” rəhbərliyi Berdiyevin bahalı istəyini yerinə yetirməkdən İMTİNA ETDİ!

«Turan Tovuz»un rəhbərliyi Kurban Berdiyevin istəyini geri çevirib.

Yönətim baş məşqçinin alınmasına təşəbbüs göstərdiyi 2 legionerin transferindən imtina edib.

Buna iki səbəb mane olub. Birincisi, rusiyalı mütəxəssisin xidmətinə maraq göstərdiyi əcnəbi oyunçular klubun büdcəsinə uyğun gəlməyib.

Berdiyev qiyməti 1 milyon dollar təşkil edən hücumçunu və illik 800 min dollar tələb eləyən yarımmüdafiəçini Azərbaycana gətirmək niyyəti güdüb.

Onun diqqətinə çatdırılıb ki, transferlərə ayrılan vəsaiti artırmağa hazırdırlar, amma bu qədər yox…

Türkmən kökənli çalışdırıcıya xatırladılıb ki, həmin legionerlərin gəlişiylə komanda daxilində ab-hava korlanacaq, maaş balansı pozulacaq.

İdarəçilərə o da məlum olub ki, Berdiyev niyə bir müddət əvvəl ona təklif edilən 3 xarici futbolçunu bəyənməyib.

Demə, «Rubin»in sabiq sükançısı «Turan»a yeni adları dostluq münasibəti saxladığı menecerin vasitəsilə gətirmək fikrinə düşüb.

Son proseslər düşünməyə əsas verir ki, rəhbərliklə Berdiyev arasında çat əmələ gəlib və bu, getdikcə dərinləşəcək. Münasibətlər artıq sərinləşib.

Yayda komandanın başına keçmiş 72 yaşlı məşqçi gedişatdan narazılığını hələ 1 ay öncə büruzə verib. O, yeni transferlərin zəruriliyi barədə suala cavabında «bunu rəhbərlikdən soruşun» deyib.

Hə də, bu, o deməkdir ki, Berdiyevi «Turan»da məmnun etməyən proseslər getməkdədir. Günlərin birində «partlayış» olacaq.

Çatlaq verən ilişkilər baş məşqçinin qış fasiləsinədək, ya da yeni ildən sonra ayrılıq qərar verməsinə səbəb ola bilər. Bunu gözləyin…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti