COP29

Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!

14 Oktyabr 13:00 Turan 5 097
Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yeni istəyə düşüb.

Rusiyalı çalışdırıcı qış fasiləsində komandaya götürməyi planlaşdırdığı 2 legionerin adını klub rəhbərliyinə təqdim edib.

Onların biri hücumçu, digəri isə mərkəz yarımmüdafiəçisidir. 72 yaşlı mütəxəssisin üzərində dayandığı futbolçuların qiymətini də yazaq, bilin.

Berdiyevin Azərbaycana gətirmək arzusunda olduğu forvard 1 milyon dollar tələb eləyir. Orta sahə oyunçusunun illik maaşına isə 800 min dollar ödəmək lazım gələcək.

Hazırda «Turan»da bu qiymətə oynayan və ya ona yaxın məvacib alan kimsə yoxdur. Odur ki, gəlin, İdarə Heyətinin sədri Ehtiram Quliyevin bir belə xərcə düşməyə razılaşıb-razılaşmayacağını gözləyək.

Hələlik onu deyə bilərik ki, Berdiyevlə rəhbərlik arasında ciddi fikir ayrılığı mövcuddur. Əksər məsələlərdə mövqeləri üst-üstə düşmür.

«Rubin»in sabiq sükançısı funksionerlərin yaxınlarda ona təklif etdiyi 3 oyunçunun heç birini bəyənməyib.

Təqdim olunanlar görən kimi əlini yelləyib, «bunlar mənə lazım deyil» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti