"Qəbələ" ötən mövsüm Birinci Liqaya yuvarlansa da, bir neçə yetirməsi Premyer Liqada çıxışına davam etməli oldu.
Onlardan biri də İbrahim Ramazanovdur.
20 yaşlı mərkəz müdafiəçisi ilk dəfə Kaxaber Tsxadadzenin sayəsində Premyer Liqada debüt etdi.
Gürcüstanlı mütəxəssis ötən mövsümün sonundakı 4 görüşdə 90 dəqiqə ona güvəndi.
O da ümidləri artıqlaması ilə doğrulda bildi.
Əbəs deyil ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun belə diqqətini çəkə bilmişdi.
Təcrübəli mütəxəssisin istəyilə İbrahim "Qarabağ"ın Avstriyada baş tutan yay təlim-məşq toplanışında da iştirak etdi.
Lakin Qurbanovun ümidlərini tam doğrulda bilməyincə, başqa variantlar üzərində götür-qoy etməli oldu.
Yekunda "Şamaxı" və "Sumayıt"ın təklifinə "yox" deyərək "Turan Tovuz"a üz tutdu.
Yayda hamının haqqında ağız dolusu danışdığı gənci bu gün xatırlayan yoxdur.
Çünki Kurban Berdiyev 9 turda bir dəqiqə olsun ona şans tanımayıb.
Hətta Roderik Miller, Şəhriyar Əliyev kimi əsas fiqurlar zədə və cəza səbəbindən kənarda qalanda belə.
Yalnız Əvəzedici Liqanın matçlarında arxa xətt oyunçusunu görə bilərik.
Onun isə yüksək liqada oynamalı, artırmalı vaxtdır.
Yəqin ki, bu gedişlə İbrahim yayda verdiyi qərara görə hələ çox peşman olacaq.
Axı iki ay əvvəl onu Qurbanov "Qarabağ"a dəvət etmişdisə, bu gün Əvəzedici Liqada belə davamlı oynamır.
XANOĞLAN/ SPORTİNFO.AZ