COP29

Ehtiram Quliyevin qərarı narazılıq yaratdı: "Klubun adını dəyiş, "Turan Kürdəxanı" qoy" - FOTOLAR

12 Oktyabr 15:00 Turan 4 650
Ehtiram Quliyevin qərarı narazılıq yaratdı: "Klubun adını dəyiş, "Turan Kürdəxanı" qoy" - FOTOLAR

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin Bakı şəhəri ərazisində böyük torpaq sahəsi alması və burada baza tikintisinə start verməsi birmənalı qarşılanmayıb.

Bundan ən çox tovuzlu futbolsevərlər narahat və narazıdır.

Yerli azarkeşlər iş adamlarının doğma komandalarını rayondan uzaq salmasından, belə demək olarsa, hiddətləniblər.

Redaksiyamıza bununla bağlı xeyli reaksiyalar gəlməkdədir. Zəng edən kim, məktub yazan kim!

Təşviş dolu rəylər o qədər çoxdur ki..! Sosial şəbəkələrə nəzər salsaq, eyni mənzərəni görərik. «Turan» sevdalıları Quliyevin klubda işə başlayandan sonra komandanı Tovuzdan uzaq salmasından və Bakıda məskunlaşdırmasından gileylənirlər.

Adamlar hətta sədrə ironik təklif də irəli sürüblər - Quliyev klubun adını dəyişib «Turan Kürdəxanı» qoysun.

Kürdəxanı qəsəbəsində yerləşən ərazi 5 hektardan artıqdır. İş adamı burada klub üçün baza tikməyə vəsait ayırıb.

Artıq işlərə start verilib. Tikinti briqadası günün 24 saatı ərazidə fəaliyyət göstərir.

Üç növbəli iş rejimi tətbiq olunub. Plana görə, baza 3 böyük meydança salınacaq.

İkisi təbii, biri süni qazonun salınması nəzərdə tutulub. İlkin mərhələdə əsas meydança təhvil veriləcək.

Bunun da noyabrın sonu, dekabrın əvvəlinədək başa çatdırılması nəzərdə tutulub.

“Turan» 2 ilə yaxındır ki, faktiki Bakıda məskunlaşıb. Qərb təmsilçisi yalnız oyundan-oyuna doğma rayona qayıdır.

Komanda paytaxtdakı otellərdən birində yerləşdirilib.

Ehtiram Quliyevin Kürdəxanıda baza tikməyə başlamasının iki səbəbi var, biri Bakıda əlavə xərclərdən xilas olmaqdır. Həm otel və qida, həm də meydança tapmaq böyük pul aparır.

Şəhərdə 1 günlük məşq 600-800 manata başa gəlir. Qeyd etdiyimiz digər məsrəfləri də hesaba qatsaq, Bakıda 1 gün qalmaq Quliyevi 7000-8000 manat «tərlədir».

Hazırda tikintisi davam edən baza iş adamının biznes maraqlarına da xidmət göstərəcək. Hansı klub istəsə, gəlib burada məşq keçə biləcək.

Təbii ki, quru «sağ ol»a yox. Puluna minnət!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti