«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev növbəti dəfə klubu bir-birinə vurub.
Rusiyalı çalışdırıcı Premyer Liqa oyunlarına Bakıda hazırlaşan komandanın rəqiblərini Tovuzda qəbul etməsindən narazıdır.
72 yaşlı mütəxəssis bu giley-güzarını rəsmilərlə söhbətində açıq söyləyib.
«Rubin»in sabiq sükançısı bildirib ki, paytaxtla rayon arasında məsafə çox uzundur və futbolçular ayda 2 dəfə qatarla Tovuza gedib-gəlməkdən yorulurlar.
Berdiyev digər tərəfdən meydanın vəziyyətini bəhanə gətirib. Deyib ki, süni qazon yararsızdır və oyunçuların tez-tez zədələnməsinə yol açır.
Baş məşqçi bütün bunlara görə, mövsümün qalan ev oyunlarını Bakıda keçirməyin tərəfdarı olduğunu söyləyib.
SPORTİNFO.AZ