COP29

“Bu, məni narahat etdi, 1 qol vursam...” - Buradakı əcnəbi

20 Oktyabr 18:35 Turan 301
“Bu, məni narahat etdi, 1 qol vursam...” - Buradakı əcnəbi

"TuranTovuz"un hücumçusu Aleks Souza Sportinfo.az-a müsahibə verib.

Braziliyalı legioner ilk olaraq Premyer Liqanın 9-cu turunda "Zirə"ni məğlub etdikləri matç (1:0) barədə danışıb.

- Çətin oyun idi. Amma biz evdə oynayanda hər şey fərqli olur. Çünki inanılmaz azarkeş dəstəyi olur. Bu da çox şeyi dəyişir.

- İkinci yarıda daha inamlı olmağınız nə ilə bağlıydı?

- Baş məşqçi sona kimi birlikdə mübarizə aparmalı olduğumuzu dedi. Çünki "Zirə" güclü komandadır. Çox yaxşı baş məşqçiləri var. Öz məqamımızı gözləməli idik. Biz də bu cür etdik.

- 3 oyundu komanda qələbə qazana bilmir. "Zirə" ilə matçda da uğursuz seriyanın davam etmək ehtimalı sizi qorxutmurdu?

- "Zirə" yaxşı pressinq edən kollektivdir. Amma bu məqamlardan çıxa bildikdən sonra öz oyununu oynamaq rahat olur.

- Qələbədən sonra milli fasiləyə qələbə ilə yollanmaq yerinə düşdü, yoxsa davam etmək daha uyğun olardı?

- Hələki bu barədə tam düşünmürük. Bəzi komanda yoldaşlarım öz milli komandalarına gedəcək. Onlar geri qayıdandan sonra növbəti qarşılaşmalara köklənəcəyik.

- Zədələr stabil oynamasına mane olur. Azarkeşlərin arzuladığı Souzanı nə vaxt görə bilərik?

- Bəli, zədə məni narahat etdi. Oyunuma birbaşa təsir göstərdi. Hər şey vuracağım birinci qoldan asılı olacaq. İnanıram ki, bir qol vura bilsəm, bunun davamı da gələcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti