COP29

"Fənərbaxça" bu klubla oynamaq üçün Azərbaycana gələcək?

00:40 Turan 274
"Fənərbaxça" bu klubla oynamaq üçün Azərbaycana gələcək?

"Turan"ın sabiq prezidenti Vidadi Əhmədov Tovuz klubunun ilk avrokubok oyununda qarşılaşdığı “Fənərbaxça” veteranlarını ölkəmizə dəvət etmək istəyir.

Sportinfo.az xəbər verir ki, sabiq klub rəhbəri həmin matçda iştirak etmiş Türkiyə klubunun "Turan" veteranlarının görüşünü təşkil etmək niyyətindədir.

Əhmədov bu ideyanın reallaşması üçün işlərə başlayıb. Belə ki, o, komandaların 30 ildən sonra yenidən qarşılaşmasını istəyir.

UEFA kuboku görüşü 1994-cü il avqustun 23-də Mehdi Hüseynzadə adına stadionda baş tutmuş və tovuzluların məğlubiyyəti ilə yekunlaşmışdı (0:2, ilk oyun – 0:5).

Bu dəfəki matçın məkanı və zamanı hələ ki, bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti