COP29

"Qarşımıza çempionluq hədəfi qoyulmayıb ki, gərginlik hiss edək" - MÜSAHİBƏ

7 Oktyabr 19:00 Turan 1 364
"Qarşımıza çempionluq hədəfi qoyulmayıb ki, gərginlik hiss edək" - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Premyer Liqanın 9-cu turunda "Zirə"ni məğlub etdikləri matçdan (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə şərh edərdin?

- "Zirə" çempionatda "Qarabağ"dan sonra ən güclü rəqibdir. Hətta eyni səviyyəli komada olduğunu deyərdim. Oxşar cəhətləri çoxdur. Rəqibin necə çıxış edəcəyini bilirdik. Hər iki komandanın çox sayda qol imkanı oldu. Qapıçımız yaxşı çıxış etdi. Sona qədər mübariz apardıq. Yekunda lazım olan qolu vura bildik.

- İki fərqli hissə izlədik. Birinci yarı "Zirə" üstün göründüsə, ikinci yarı daha yaxşı görünən "Turan" vardı. Berdiyev fasilədə sizə nə tapşırdı?

- Baş məşqçi hər iki hissədən əvvəl eyni tapşırıqları verdi. Sadəcə düşünürəm ki, ikinci hissə daha istəkli idik.

- 3 oyunluq qələbə həsrəti başa çatdı. Psixoloji gərginlik yox idi?

- Qarşımıza çempionluq hədəfi qoyulmayıb ki, hansısa gərginlik hiss edək. Maksimum xallar qazanmağa çalışırıq. Düzdü, birinci milli fasilədən sonra 5 xal yığmışıq. Daha çox ola bilərdi.

- Belə vacib qələbədən sonra fasiləyə yollanmaq yerinə düşdü, yoxsa davam etmək yaxşı olardı?

- Məncə, fasilə xeyirli olacaq. Komandanın dincəlməsinə ehtiyac var. Həm də boşluqları aradan qaldırmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti