COP29

“TURAN”: Nə gözəl bəxtim var mənim... VİDEO

00:30 Turan 148
“TURAN”: Nə gözəl bəxtim var mənim... VİDEO

Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.

Sportinfo.az xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.

Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına 3 xal qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.

15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.

"Turan Tovuz "– "Zirə" 1:0
Qol: Faiq Hacıyev, 89.

Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov Dördüncü hakim: Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Rüfət Əhmədov, 90 (qeyri-idman hərəkəti); İsmayıl Zülfüqarlı, 90+3; (oyunun bərpasının ləngidilməsi) // Məqsəd İsayev, 90+4 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Eltun Yaqublu (“Zirə”), 90 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Turan Tovuz”: 1. İvan Konovalov 4. Şəhriyar Əliyev (k) 7. İsmayıl Zülfüqarlı 77. Veysəl Rzayev (10. Xəyal Nəcəfov, 60) 99. Sadiq Şəfiyev (88. Faiq Hacıyev, 74) 9. Kristian da Silva 5. Roderik Miller 23. Alexandro Serrano 15. Emmanuel Hakman 25. Denis Marandiçi (21. Aleks Souza, 74) 11. Ayxan Quseynov (80. Otto Con, 60)
Ehtiyat oyunçular: 41. Sergey Samok 71. Mehman Hacıyev 39. Sadiq Quliyev 33. Eltun Turabov 8. Tural Bayramlı 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 70. Məzahir Məmmədzadə
Baş məşqçi: Kurban Berdiyev

“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 11. Rüstəm Əhmədzadə (19. Salifu Suma, 46) 29. Ceyhun Nuriyev (6. Eldar Quliyev, 82) 4. Ruan Renato 90. Davit Volkov 23. Rafael Utziq (18. Martins Junior, 82) 3. Ange Mutsinzi 15. Pyer Zebli (10. Giorgi Papunaşvili, 90)
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 22. İldar Alekperov 5. Stefan Aka 28. Abbas İbrahim 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

Digər Xəbərlər
Xəbər Lenti