COP29

“Turan Tovuz”un çöküşü bu komandanın legionerini narahat etmir

6 Oktyabr 17:45 Turan 1 700
“Turan Tovuz”un çöküşü bu komandanın legionerini narahat etmir

“Hansısa yeri itirdiyimizi düşünmürəm, bu, 36 turluq yarışdır”.

“Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman Sportinfo.az-a komandasının son 3 turda qələbəyə həsrət qalmasını şərh edib.

6-cı turun yekununda turnir cədvəlinin birinci pilləsində qərarlaşan qərblilər, bir həftə sonra “Araz-Naxçıvan”a məğlub olmaqla (1:2) taxtı “Qarabağ”a təhvil verib, 2-cı pilləyə endi.

“Şamaxı”yla 2:2-lik bərabərlik isə Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivi 4-cü sıraya yuvarladı.

Toqolu legioner komandasının aşağı istiqamətdə hərəkət etməsini faciə hesab etmir. Hakmanın fikrincə, qarşıdakı aylarda çox hadisələr baş verəcək:

“Bu gün 1-ci, sabah 5-ci, sonra yenidən birinci yerdə ola bilərsən. Bir qələbə bizi yenidən əvvəlki yerimizə qaytara bilər.

Mövsüm başa çatmayana qədər hansı komandanın hansı pillədə olacağını deyə bilmərik.

Turnir cədvəlindəki hazırkı vəziyyət hər həftə müvəqqəti xarakter daşıyır. Ona görə də cədvələ xüsusi şəkildə önəm verməyin tərəfdarı deyiləm”.

8 turdan sonra aktivində 15 xal olan “Turan Tovuz” “Qarabağ”dan 4, “Araz-Naxçıvan”dan 1 xal geri qalır. 3-cü pillədəki “Zirə” tovuzluları qələbə sayında qabaqlayır.

Yeri gəlmişkən, oktyabrın 6-da bölgədə “Turan Tovuz” – “Zirə” qarşılaşması baş tutacaq. Oyun saat 17:45-də start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti