COP29

Berdiyev ölümdən dönən futbolçunu məcbur etdi ki… "Turan"da növbəti NEQATİV OLAY - VİDEO

10:40 Turan 640
Berdiyev ölümdən dönən futbolçunu məcbur etdi ki… "Turan"da növbəti NEQATİV OLAY - VİDEO

«Turan Tovuz»da baş məşqçi ilə futbolçuların arasında münasibətlər gərginlik həddindədir.

Kurban Berdiyev daha bir oyunçunu özündən narazı salıb.

Roderik Miller Premyer Liqanın 8-ci turunda «Şamaxı» ilə səfər matçında zorla meydana çıxarılıb. Panamalı müdafiəçi 70-ci dəqiqədə Araş Qaderini əvəzləyib.

Halbuki o, bu qarşılaşmada forma geyinmək istəməyib.

Ehtiram Quliyevin AFFA prezidenti olmaq istəyi -

«Araz-Naxçıvan»la 7-ci tura təsadüf edən görüşün 14-cü dəqiqəsində Ramon Maçadonun təpik zərbəsinə tuş gələn və gözünün altından ağır zədə alan legioner hələ tam sağalmayıb.

Berdiyev ağrılarının olduğunu və psixoloji cəhətdən özünü narahat hiss etdiyini söyləyən Millerin fikirlərinə məhəl qoymayıb. Çalışdırıcının tapşırığı ilə Panama yığmasının üzvünə ağrıkəsici iynə vurulub və yalnız bundan sonra o, yaşıl sahəyə ayaq basıb.

Miller matçdan sonra bu hadisəyə etirazını bildirib. Müdafiəçi sağlıq durumuna etinasız yanaşan baş məşqçidən şikayətini komanda yoldaşlarının yanında dilə gətirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq