COP29

Berdiyev bu hərəkəti ilə “Turan” rəhbərliyini ŞOK ETDİ!

21:00 Turan 682
Berdiyev bu hərəkəti ilə “Turan” rəhbərliyini ŞOK ETDİ!

«Turan Tovuz»da rəhbərliklə baş məşqçi Kurban Berdiyev arasında iplər qopmaqdadır.

Yayda komandanın sükanı arxasına keçən rusiyalı mütəxəssis ona təklif olunan 3 futbolçudan heç birini bəyənməyib.

Hücum və yarımmüdafiə mövqeyində çıxış edən legionerlərin zəngin karyerası belə, 72 yaşlı çalışdırıcıda onlara maraq yaratmayıb.

«Rubin»in sabiq sükançısı həmin oyunçuları gözucu izləyəndən sonra «heç biri mənə lazım deyil» söyləyib.

Berdiyev bir müddətdir idarəçilərlə yola getmir. Klubda bunu bilməyən qalmayıb. Tərəflərin münasibətlərində soyuqluğun əmələ gəlməsi, təbii ki, yaxşı hal deyil.

Axırı yaxşı qurtarmaya bilər - narahatlıq yaradan da elə budur.

Ehtiram Quliyev hələlik gözləmə mövqeyindədir. İdarə Heyətinin sədri komandanın içinə nüfuz edə bilmir.

Baş məşqçi «qapı-pəncərə»ni rəhbərin üzünə bağlayıb. Nəinki onun, hamının.

Özünü real mənada ağa kimi aparır. «Burada mənəm, Bağdadda kor xəlifə» deyimi Berdiyevin «Turan»da yaratdığı auraya bab gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti