COP29

Kurban Berdiyev Ehtiram Quliyevi necə peşman edir?

09:40 Turan 521
Kurban Berdiyev Ehtiram Quliyevi necə peşman edir?

Üç həftədir «Turan Tovuz»da hava sərt keçir.

Göy gah buludlu, gah yağmurludur. Ara-sıra səmada şimşək çaxır.

Kurban Berdiyev klub rəhbərliyini problemə soxub. Ehtiram Quliyevi yavaş-yavaş peşman etməkdədir.

İdarə Heyətinin sədri, güman ki, öz-özünə sual verir: «Mən bunu niyə bura gətirdim axı».

Baş məşqçi ona yaradılan şəraiti bəyənmir. Gündəlik iş rejimində hər şeyə bir «mız» qoyur.

Tez-tez səsmni qaldırır, sərt danışır. Funksioner bilmir, sıravi işçi bilmir, futbolçu bilmir, onu bilmir, bunu bilmir – hamını acı dilləndirir.

Qaş-qabağı bütün günü yer süpürmür. Bunu biz demirik a… Deyənlərin hamısı klubda çalışanlardır. Rusiyalı mütəxəssisdən şikayətlərin sayını artıq itirmişik.

Bəzi idarəçilər 1-2 dəqiqəlik ayaqüstü söhbətdə belə, söhbəti gətirib Berdiyevdən salır, ounla çalışmağın əzab-əziyyətindən söz açır.

«Turan»ın Premyer Liqanın son turlarında enişə keçməsində bu kimi neqativ amillərin payı çoxdur.

Futbolçuların Berdiyevlə işləməkdən həzz almadığı aşkar sezilir. 11 nəfərlə müdafiə olunmaq, təsadüfi, yaxud standart epizodlardan vurulacaq qola ümid bəsləmək onlara yorucu və üzücü gəlir.

Qətiyyən xoşlanmırlar bundan.

Narazılıqlarını dillə deyə bilmirlər, kənara atılmaqlarından, böyük miqdarda cərimələnməkdən qorxurlar çünki. Necə desinlər, əlbəttə, meydanda bütün varlığı ilə mübarizə aparmamaqla.

«Şamaxı» ilə səfər matçının start «11-liy»inin əvvəlkilərdən fərqlənməsindən tutmadız ki, Berdiyev niyə belə edir?

Aparıcı futbolçulara işarə vurur ki, etdiklərinizi görürəm, başa düşürəm, ancaq bu da mənəm, buradayam, istədiyimi edəcək.

Minval tezliklə bir çox sualın cavabını gün işığında aydınladacaq. Bəlli olacaq ki, bu klub və komandadaxili gərginlik hansı tərəfin xeyrinə bitəcək.

Berdiyev tək, əleyhdarları çoxdur. Onların sayı günbəgün artmaqdadır.

72 yaşlı qoca tərslik eləsə, «Turan» qaynar qazona dönəcək. Hansı ki, işartılarını görməkdiyik bunun.

Ya da ki, Ehtiram Quliyev əlavə xərc çəkib, baş məşqçinin 3 illik müqaviləsinə xitam verəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti