COP29

Berdiyev direktorun üzünə bozardı - Bunun günahkarı sən olacaqsan!

20:00 Turan 391
Berdiyev direktorun üzünə bozardı - Bunun günahkarı sən olacaqsan!

Premyer Liqanın son turlarında uğursuzluq yaşayan «Turan Tovuz»da gərginlik get-gedə artmaqdadır.

Artıq Kurban Berdiyevlə rəsmilərin münasibətlərində böyük çatlar əmələ gəlib.

Komandanın Şamaxı səfəri növbəti belə xoşagəlməz olay yaşanıb. Baş məşqçi idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla sərt danışıb.

69 yaşlı çalışdırıcı İsmayıllı rayonunun Basqal kəndində yerləşən oteldən və yolun uzunluğundan narazı qalıb, direktoru kobud şəkildə danlayıb.

Berdiyev Nəsbova «komanda uduzsa, bunun günahkarı sən olacaqsan» söyləyib.

O iddia edib ki, İsmayıllıdan Şamaxıya olan 20 km məsafə kifayət qədər uzundur və yol narahatdır. Baş məşqçi stadiona daha yaxın ərazidə otel tapılmamasından gileylənib.

Səməd Nəsibov yaxşı qurtarıb. 90+6-cı dəqiqədə Kristian da Silvanın yerinə yetirdiyi penalti həm direktoru, həm də «Turan»ı qurtarıb.

Yoxsa Berdiyev komandasının məğlubiyyətinin bütün təqsirini onun üzərinə «yükləyəcəkdi».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi