COP29

Berdiyev QALMAQAL yaradan hücumçunu avtobusa buraxmadı, bu cür cəzalandırdı!

1 Oktyabr 10:40 Turan 2 137
Berdiyev QALMAQAL yaradan hücumçunu avtobusa buraxmadı, bu cür cəzalandırdı!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Otto Conu əsas komandadan kənarlaşdırıb.

Nigeriyalı hücumçu onun göstərişi ilə əvəzedici heyətə göndərilib.

Afrikalı forvard dünən «dubl»un tərkibində Əvəzecilər Liqasında debüt edib. O, «Şamaxı-2» ilə keçirilən səfər qarşılaşmasında dubla imza atıb.

Conun 42 və 46-cı dəqiqələrdə vurduğu qollar tovuzlu gənclərə 3:1 hesablı qələbə qazandırıb.

Adıçəkilən legioner təsadüfən Berdiyevin qəzəbinə tuş gəlməyib. Rusiyalı çalışdırıcını hiddətləndirən hadisə Şamaxı səfəri zamanı baş verib.

Belə ki, Premyer Liqanın «Şamaxı» ilə matçına yollanan oyunçular avtobusun içində əlbəyaxa olub.

Otto Conla Rüfət Əhmədov arasında mübahisə davaya çevrilib. Nəticədə nigeriyalı hücumçu adıçəkilən müdafiəçiyə bir neçə zərbə endirib.

Onları bir-birindən komanda yoldaşları güclə ayırıb. Olay Berdiyevin gözünün qarşısında yaşansa da, baş məşqçi tərəflərə ciddi reaksiya verməyib.

Rusiyalı çalışdırıcı yalnız oyun günü mövqeyini ortaya qoyub.

Afrikalı forvardı əsas heyətə daxil etməyib, yalnız 67-ci dəqiqədə Ayxan Quseynovun əvəzinə meydana buraxıb. Rüfət Əhmədov isə sonadək ehtiyat skamyadan tərpənməyib.

Berdiyev 2:2 bitən qarşılaşmadan sonra Otto Conun avtobusla geri dönməsinə icazə verməyib. Çalışdırıcı afrikalını onu stadiondan Şamaxı Olimpiya Kompleksinə – əvəzedici heyətin qaldığı məkana yollayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti