COP29

"Turan" ətrafında paylaşılan növbəti UCUZ YALAN

19:00 Turan 262
"Turan" ətrafında paylaşılan növbəti UCUZ YALAN

"Turan Tovuz"un heyəti kasaddır.

Artıq bu ifadəni bölgə klubunun hər uğursuz oyunundan sonra eşitməyə alışmışıq.

Məncə, həqiqətdən çox, bəhanədir.

Bir halda ki, Araş Qaderi digər əcnəbi Roderik Miller, Ayxan Quseynovu digər əcnəbi Otto Con əvəzləyir. Hələ çərçivədə legioner İvan Konovalovu dəyişən həmyerlisi İqor Samoku demirəm.

Milli üzvü Xəyal Nəcəfov, Premyer Liqada böyük təcrübəsi olan Tural Bayramlının ehtiyatdan oyuna daxil olması da faktdır.

Elə fikir formalaşdırılır ki, sanki digər rəqiblərin iki heyəti var, milyonluq futbolçularla mübarizə aparırlar, amma "Turan" yox.

Bu gün liderlər qrupunda olan "Araz Naxçıvan" ötən mövsüm həmin "Turan"a lazım olmayan Slavik Alxasovla, Tərlan Əhmədli ilə mübarizə aparır. Elmar Baxşıyev heç kimin tanımadığı 21 yaşlı Mustafa Əhmədzadənin ümidinə qalıb.

"Şamaxı" ilə bərabərə bitən (2:2) matçdan sonra heyət kasadlığından danışmaq ümumiyyətlə absurddur.

Axı rəqib "Qarabağ", "Sabah", "Zirə" yox, "Şamaxı" olub.

Bu komandanı Ayxan Abbasov 1 aya formalaşdırıb. Start heyətində ötən mövsümü Əvəzedici Liqada keçirən Rüfət Abbasov oynayır.

"Səbail"ə lazım olmayan Adil Nağıyev kapitanlıq sarğısı taxır. Ötən mövsümün sonu "Turan"a lazım olmayan Belajdi Pusi vazkeçilməz simadır.

İkinci qapıçı Kamal Bayramov və əcnəbi forvard Conatan Benteke xaric ehtiyat skamiyada əyləşən bütün futbolçular ötən sezonu Birinci Liqada keçirib.

İkinci yarı oyuna daxil olan Emin Zamanov, Arsen Ağcabəyov, Səbayil Bağırov kimi.

Yanlış fikri dövriyyəyə buraxanlar unutmasınlar ki, uğurlu çıxışda Berdiyevi qəhrəman kimi təqdim edib, uğursuz nəticələrdə futbolçuları günahkar qiyafəsində təqdim etmək ədalətli deyil.

Həm də meydanda mübarizə aparan futbolçulara hörmətsizlikdir. Haqqını tapdalamaqdır.

Bu cür molipulyasiyaya tovuzlu azarkeşləri mümkün uğursuzluğa indidən alışdırmaq cəhdləri də deyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi