«Turan Tovuz» qışla bağlı bəzi planlarını artıq müəyyənləşdirib.
Qərb təmsilçisi fasilə dövründə bir neçə futbolçusu ilə vidalaşacaq.
Bu məsələ klub rəsmiləri ilə Kurban Berdiyev arasında müzakirə olunub. Baş məşqçi narazı qaldığı oyunçuların adlarını çəkib.
Bu siyahıya Şəhriyar Əliyev başçılıq edir. Baş məşqçinin fikrincə, bazubənd onun qolunda olsa da, Əliyev kapitanlıq missiyasını yerinə yetirə bilmir.
Rusiyalı mütəxəssis müdafiəçinin oyun ərzində çoxlu texniki və taktiki səhvlərə yol verdiyini bildirib.
Əlavə edib ki, Şəhriyarın bədənində yağlılıq çoxdur, bunu normasına salmağa çətinlik çəkir, bu da inkişafına mane olur .
Berdiyev Sadiq Quliyev, Faiq Hacıyev, Veysəl Rzayev, Alexandro Serrano və Aleks Souzanın da onu qane etmədiyini söyləyib.
69 yaşlı sükançı adlar qeyd olunan futbolçularla uzaq yol getməyi mənasız saydığını gizlətməyib.
SPORTİNFO.AZ