Premyer Liqanın ötən turunda ilk məğlubiyyətini alan «Turan Tovuz»da gərginlik hökm sürür.
Evdə «Araz-Naxçıvan»a 1:2 hesablı yenilgi Kurban Berdiyevin hiddətləndirib.
Baş məşqçi artıq köməkçilərinin hər sözünə əsəbi reaksiya verir. Növbəti xoşagəlməz olay elə bu əsnada yaşanıb.
Belə ki, çalışdırıcı yardımçılarından birinin komandaya aid məsələlərdən bəzisiylə bağlı futbolçuların fikrini öyrənməyi məsləhət görməsinə sərt yanaşıb.
«Onlar kimdir ki, rəy alım? Burada rəhbər mənəm.
Nə deyəcəm, o da olacaq. Mən başqa cür işləməyə öyrəşməmişəm» - Berdiyev belə cavab verib.
SPORTİNFO.AZ