COP29

“Turan”ın müdafiəçisi bu sualı eşitdi, həqiqəti gizlətmədi

28 Sentyabr 23:00 Turan 988
“Turan”ın müdafiəçisi bu sualı eşitdi, həqiqəti gizlətmədi

“Turan Tovuz” cari mövsümdə ilk məğlubiyyətini doğma meydanda aldı.

Qərblilərin “Araz-Naxçıvan”a uduzmasından sonra (1:2) futbolçuların əhvalının yerində olmaması anlaşılan idi.

Legionerlərdən bir neçəsi müsahibə verməkdən boyun qaçırdı. Əvəzində Faiq Hacıyev sualları böyük məmnuniyyətlə cavablandırdı.

- İlk hissədə başından zədə aldın, ikinci yarıda əvəzləndin. Özünü necə hiss edirsən?

-Şükürlər olsun ki, ciddi zədə olmadı. Düzdür, zərbədən sonra ani olaraq özümü itirdim. Fasiləyə qədər başım gicəllənirdi. Həkimlərin müdaxiləsindən sonra özümü toparlamağı bacardım.

- Gözlənilməz məğlubiyyət aldınız ki, bu, mövsümdə ilk yenilginiz idi. “Araz-Naxçıvan” hansı cəhətlərdə sizi üstələdi?

- Futbolda hər şeyə hazır olmalıyıq. Bu dəfə məğlub olduq. Toparlanıb, səhvlərimizdən nəticə çıxarıb növbəti oyunlarda daha yaxşı çıxış etməliyik. Onu deyə bilərəm ki, “Araz-Naxçıvan” bu oyunda bizdən daha istəkli idi.

-İki oyunda 5 xal itirməklə liderliyi əldən verdiniz. Nə baş verir?

- Heç nə baş vermir. Çempionat yeni başlayıb və qarşıda bizi 29 oyun gözləyir. Növbəti görüşlərə daha yaxşı hazırlaşıb “Turan Tovuz”u layiqli şəkildə təmsil edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti