"Tovuzdakı meydanın örtüyü, elə bil, palazdır".
Bu fikirlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişində səsləndirilib.
Verlişin aparıcısı Ceyhun Rzayev və ekspert Emin Abbasov Tovuz şəhər stadionunun mövcud durumundan şikayət dolu sözlər söyləyib.
"Turan Tovuz” – “Araz-Naxçıvan” matçından (1:2) danışan cütlük 90 dəqiqənin cansıxıcı keçdiyini, süni qazonun keyfiyyətini itirdiyini bildirib.
Onların dedyinə görə, 2 il öncə salınan meydan yararsız haldadır, bu da futbolçulara zədə sarıdan ciddi təhlükə yaradır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: