COP29

“Turan”ı Tovuzdan “qaçıran” iş adamının məqsədi bilindi - PUL QAZANMAQ!

27 Sentyabr 16:00 Turan 2 094
“Turan”ı Tovuzdan “qaçıran” iş adamının məqsədi bilindi - PUL QAZANMAQ!

Xəbər verdiyimiz kimi, «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakı şəhəri ərazisində böyük torpaq sahəsi alıb.

Kürdəxanı qəsəbəsində yerləşən ərazi 5 hektardan artıqdır.

İş adamı burada klub üçün baza tikməyə vəsait ayırıb. Artıq işlərə start verilib.

Tikinti briqadası günün 24 saatı ərazidə fəaliyyət göstərir. Üç növbəli iş rejimi tətbiq olunub.

Plana görə, baza 3 böyük meydança salınacaq. İkisi təbii, biri süni qazonun salınması nəzərdə tutulub.

İlkin mərhələdə əsas meydança təhvil veriləcək. Bunun da noyabrın sonu, dekabrın əvvəlinədək başa çatdırılması nəzərdə tutulub.

“Turan» 2 ilə yaxındır ki, faktiki Bakıda məskunlaşıb. Qərb təmsilçisi yalnız oyundan-oyuna doğma rayona qayıdır.

Komanda paytaxtdakı otellərdən birində yerləşdirilib.

Ehtiram Quliyevin Kürdəxanıda baza tikməyə başlamasının iki səbəbi var, biri Bakıda əlavə xərclərdən xilas olmaqdır. Həm otel və qida, həm də meydança tapmaq böyük pul aparır.

Şəhərdə 1 günlük məşq 600-800 manata başa gəlir. Qeyd etdiyimiz digər məsrəfləri də hesaba qatsaq, Bakıda 1 gün qalmaq Quliyevi 7000-8000 manat «tərlədir».

Hazırda tikintisi davam edən baza iş adamının biznes maraqlarına da xidmət göstərəcək. Hansı klub istəsə, gəlib burada məşq keçə biləcək.

Təbii ki, quru «sağ ol»a yox. Puluna minnət!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti