«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev öz korpusunda dəyişiklik etmək fikrinə düşüb.
Cari mövsümdən Azərbaycanda işə başlayan mütəxəssis köməkçilərindən Yakov Erlixin fəaliyyətindən narazıdır.
Rusiyalı çalışdırıcı fiziki hazırlıq üzrə yardımçısından gileyini artıq gizlətmir və bunu klub rəsmiləri ilə söhbətində də dilə gətirib.
69 yaşlı qış fasiləsində onunla yolları ayırmağı düşündüyünü bildirib.
Funksionerlərə tapşırıq verib ki, müqavilədən irəli gələn maliyyə öhdəliklərini Erlixlə danışsınlar. Yəni ki, ona ödəniləcək təzminatı dəqiqləşdirsinlər.
SPORTİNFO.AZ