COP29

“Ona qarşı prinsipimiz yoxdur” – Səs-küylü oyundan əvvəl

25 Sentyabr 23:20 Turan 394
“Ona qarşı prinsipimiz yoxdur” – Səs-küylü oyundan əvvəl

Premyer Liqanın 8-ci turunda diqqətlər Şamaxıya yönələcək.

Meydan sahibləri ötən tur lider mövqeyini “Qarabağ”a təhvil verən “Turan Tovuz”la üz-üzə gələcək.

Bu oyunun əhəmiyyəti “Şamaxı”nın “sükanı” arxasında Ayxan Abbasovun dayanmasıdır. Həmin məşqçi ki, 2022-2024-cü illər aralığında məhz Tovuz təmsilçisini çalışdıraraq yerli azarkeşlərin rəğbətini qazanmışdı.

Bu ilin yayında klub rəhbərliyi ilə fikir ayrılığı yaşayan Ayxan bəy “Turan Tovuz”u tərk edərək “Şamaxı”ya gəlmiş, bu postda onu Kurban Berdıyev əvəz etmişdi. Odur ki, oyunun prinsipiallığı və əhəmiyyəti göz qabağındadır.

Qərblilərin müdafiəçisi Faiq Hacıyev Sportinfo.az-a açıqlamasında məlum qarşılaşma ilə bağlı fikirlərini dilə gətirib:

“Ayxan Abbasov çox yaxşı məşqçidir. Bunu “Şamaxı”dakı fəaliyyəti ilə göstərməkdədir.

Qısa zamanda özünəinamı olan və döyüşkən komanda qurmağı bacarıb. Hər iki komanda üçün maraqlı və gərgin oyun olacağını deyə bilərəm.

Ayxan hocaya qarşı hansısa prinsipimiz yoxdur. Hər matça necə hazırlaşırıqsa, bu görüşə də o cür hazırlaşacağıq.

Məqsədimiz hər dəfə olduğu kimi, bu dəfə də 3 xal qazanmaq olacaq”.

Sentyabrın 29-da Şamaxı şəhər stadionunda keçiriləcək duel saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti