COP29

“Turan Tovuz" ziyanda

25 Sentyabr 02:10 Turan 288
“Turan Tovuz" ziyanda

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

Premyer Liqanın VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilir (maddə 37);

Premyer Liqanın VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

Premyer Liqanın VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

Premyer Liqanın VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilir (maddə 43.7);

Premyer Liqanın VII turunun “Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilir (maddə 37);

Premyer Liqanın VII turunun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilir (maddə 70.1);

Digər Xəbərlər
Xəbər Lenti