COP29

Rayonda məğlub komandanı bu cür yola saldılar - VİDEO

24 Sentyabr 16:40 Turan 592
Rayonda məğlub komandanı bu cür yola saldılar - VİDEO

“Turan Tovuz” cari mövsümdə ilk məğlubiyyətini aldı.

Sentyabrın 21-də doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edən qərb təmsilçisi meydanı 1:2 hesablı yenilgi ilə tərk etdi.

Lakin bölgə klubunun azarkeşləri komanda üzvlərini meydandan fit və uğurlu səsləri ilə yox, alqışlarla yola saldılar.

Oyun başa çatandan sonra futbolçuları tribunanın önünə səsləyən fanatları göstərdikləri əzmkarlığa görə onları ayaq üstə alqışladılar.

Xoş münasibət görən top ustaları tribuna qəhrəmanlarına eyni şəkildə cavab verdilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti