COP29

Ehtiram Quliyevdən narazılıq artır: “Gör, Düzqırıxlıda hücumçu varsa, gətir, oynasın” - FOTOLAR

24 Sentyabr 14:40 Turan 1 135
Ehtiram Quliyevdən narazılıq artır: “Gör, Düzqırıxlıda hücumçu varsa, gətir, oynasın” - FOTOLAR

«Turan Tovuz»un Premyer Liqanın 7-ci turunda «Araz-Naxçıvan»a 1:2 hesabıyla uduzması yerli publikanı qəzəbləndirib.

Mövsümün ilk məğlubiyyətini alan komandanın zəif təsir bağışlaması gözləri Ehtiram Quliyevə çevirib.

Tovuzlu azarkeşlər turnir cədvəlində birinci pilləni əldən verən futbolçuları deyil, İdarə Heyətinin sədrini tənqid atəşinə tutub.

Sosial şəbəkələrdə yazılan satatus və rəylərdə klubun rəhbərinin ünvanına çoxsaylı mənfi fikirlər öz əksini tapıb.

Narazı fanatlar Kurban Berdiyevi bu prosesdən kənarda saxlayıb. Onların fikrincə, baş məşqçi yaxşı işləyir və müsbət nəticə üçün əlindən gələni edir.

Azarkeşlərə görə, rusiyalı çalışdırıcı təcrübəsi və bacarığı hesabına «Turan»ı iddialı duruma gətirib, ancaq Ehtiram Quliyev real fəaliyyəti ilə onu dəstəkləmir, istədiyi transferləri etmir.

Belə götürəndə, tovuzlu futbolsevərlər haqlıdır. Berdiyev yeni transferlərin vacibliyi barədə anonsu hələ 2-3 həftə öncə səsləndirib.

Təcrübəli mütəxəssis bu haqda suala cavabında «rəhbərlikdən soruşun» deyib və Quliyevi nişan verib. Aradan ötən müddətdə isə daşdan səs çıxıb, rəhbərdən yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti