COP29

Azərbaycanın ən güclü klubu buna görə UEFA-nı QƏZƏBLƏNDİRİB

24 Sentyabr 11:20 Turan 1 056
Azərbaycanın ən güclü klubu buna görə UEFA-nı QƏZƏBLƏNDİRİB

Xəbər verdiyimiz kimi, UEFA “Qarabağ”ı cərimələyib.

Sportinfo.az xəbər verir ki, cərimə məbləğinin çoxu isə Çempionlar Liqasının pley-off mərhələsində keçirilən Zaqreb “Dinamo”su ilə matça aiddir.

Qitə futbol qurumunun açıqladığı cərimənin səbəbi kimi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” göstərilib.

Bəs, “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” nə deməkdir?

Belə ki, zaqreblilərlə qarşılaşmadan öncə Ağdam klubunun tərəfdarları “UEFA mafiya” şüarları səsləndirib. Nəticədə UEFA nümayəndələri onların bu şüarlarını cərimə səbəbi kimi qeyd ediblər.

Maraqlıdır ki, “Qarabağ” buna görə artıq neçənci dəfədir ki, cərimə ödəyir. Qitə futbol qurumu da bu şüarlara görə böyük məbləğlər yazır. İndi isə qarşıdan UEFA Avropa Liqasının əsas mərhələsinin matçları gəlir.

“Qarabağ” bu gün Azərbaycan futbolunun Avropada tək ümididir. Klub digər komandalardan dəfələrlə aşağı büdcəsi ilə uğurlar qazanmağa çalışır. Azarkeşlərin də bunu nəzərə alması lazımdır.

Daha yüksək ödənişli futbolçular tələb edən azarkeş kütləsi məhz bu cür hallara da diqqət etməlidir.

Qitə futbol qurumunun əleyhinə səsləndirilən şüarlar Ağdam təmsilçisi üçün daha böyük cərimələrə səbəb ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti