COP29

Rayonda üzünə təpik dəydi, gözünün altı bu vəziyyətə düşdü - FOTO

24 Sentyabr 00:50 Turan 326
Rayonda üzünə təpik dəydi, gözünün altı bu vəziyyətə düşdü - FOTO

Xəbər verdiyimiz kimi, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Premyer Liqanın 7-ci turunda keçirilən "Turan Tovuz” - "Araz-Naxçıvan" oyununda (1:2) qeydə alınan mübahisəli epizodu şərh edib.

O, FİFA referisi Elçin Məsiyevin "Turan Tovuz"un futbolçusu Roderik Millerin üzünə təpiklə vuran "Araz-Naxçıvan"ın oyunçusu Ramon Maçadoya sarı vərəqə veriməsinin doğru qərar olduğunu bildirib.

Frank De Bleker FİFA referisinin qərarını belə izah edib:

"Top havada olan zaman “Araz-Naxçıvan”ın oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz”un futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.

Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.

O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir.

Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil".

"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev isə Millerin son durumuna aid şəkli paylaşaraq Blekerin qərarına etirazını bildirib. Şəkildə Millerin gözünün altında böyük şiş olduğiu görünür.

Digər Xəbərlər
Xəbər Lenti