Kurban Berdiyevin "Turan Tovuz"una dur deyən tapıldı.
Qərb təmsilçisinin 6 oyunluq məğlubiyyətsiz seriyası "Araz Naxçıvan"la matçda bitdi.
Özü də doğma publika önündə.
Tovuz şəhər stadionuna cəm olan 5 min tərəfdar sevimlilərinin 90 dəqiqənin sonunda 1:2 hesablı məğlubiyyətinə üzülməli oldu.
Ürəklərini isə sosial şəbəkələrdə boşaltdılar.
Türkmənistanlı mütəxəssisin ilk məğlubiyyətindəcə kollektivin ünvanına kəskin tənqidlər gəlməyə başladı:
"Turan" heç özünə yaraşan oyun oynamadı. Sanki evdə oynamırdı".
"Deyəsən, bu gün Ayxan Abbasov taktikası idi - Vur qabağa. Denis Marandiçi niyə əsas heyətdə yox idi? Kristian Da Silva yerində tərpənə bilmir. Tural Bayramlı çox sürətli, cəld oyunçudur. Niyə əsas heyətdə meydana çıxmır? Otto Conun da yeri afrikada məhlə futboludur".
"Bu insanların hisləri ilə oynamayın. Uduzanda da döyüşərək uduzun".
"Da Silva gəzirdi. Bütün komanda həvəssiz oynuyurdu".
"Çox pis və bərbad oynadınız".
"Bu oyunla, bu oyunçularla qabağa getmək çətindir. Rəqiblər transfer edir. Ehtiram bəy də mükafat paylayır".
"Bizə keçən ilkin "Turan"ı yaşatdığın üçün təşəkkürlər, Kurban Berdiyev".
"Ən pis oyun bu gün oldu".
XANOĞLAN/ SPORTİNFO.AZ