COP29

“Putin İlham” “Turan“ın oyununa gəlib və pul verib?

21 Sentyabr 16:00 Turan 13 800
“Putin İlham” “Turan“ın oyununa gəlib və pul verib?

“Yəqin onu kiməsə oxşadıblar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

Klub funksioneri azərbaycanlı milyarder İlham Rəhimovun Premyer Liqanın 6-cı turunda «Sabah»la keçirilən matça (2:2) təşrif buyurması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sosial şəbəkələrdə qarşımıza çıxan iddialara görə, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamının Masazıra gəlib.

Belə ki, onun bir qrup tanışı ilə bərabər stadiona təşrif buyurduğu, həmçinin doğma rayonunun komandasına mükafat ayırdığı deyilir.

“Turan Tovuz”un rəhbərliyində təmsil olunan yeganə peşəkar idarəçi bu haqda aşağıdakıları söyləyib:

“İlham Rəhimov komandamızın oyununda olmayıb. Mən bunu sizə dəqiq deyirəm.

Oyun günü Ehtiram Quliyev də Azərbaycanda deyildi.l Klubumuzun İdarə Heyətinin sədri həmin vaxt ölkə xaricində idi.

Stadiona yalnız onun 3-4 dostu gəlib.

Mənim eşitdiyimə görə, İlham Rəhimov bir dəfə “Turan“ın oyununda olub. O da uzun illər öncə“.

Digər Xəbərlər
Xəbər Lenti