COP29

Berdiyev “Turan”ı hara qədər “dartacaq”? - VİDEO

18 Sentyabr 19:00 Turan 1 259
Berdiyev “Turan”ı hara qədər “dartacaq”? - VİDEO

"Kurban Berdıyevin "Turan Tovuz"u çempionata rəng qatır".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində rusiyalı çalışdırıcının Tovuz klubundakı fəaliyyətinə qiymət verib.

Tanınmış teleşərhçi bildirib ki, rəhbərlik Berdiyevdən avrokuboklara vəsiqə tələb edib.

69 yaşlı mütəxəssisin öz işini bunun üzərində qurduğunu söyləyən ekspert deyib ki, “Turan” Premyer Liqanın ilk 6 həftəsində mühüm irəliləyiş əldə eləyib.

Abbasov qərb təmsilçisinin 4 qələbə qazanmasının və hələ də məğlubiyyət üzü görməməsinin təsadüfi olmadığını vurğulayıb.

Həmçinin “Turan”ın mövsümü yaxşı yerlərdən birində bitirəcəyinə inandığını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!