“Turan Tovuz”da Nadir Nəbiyevin əleyhinə kampaniya güclənib.
Iki ay öncə akademiyanın direktoru vəzifəsindən uzaqlaşdırılan funksionerə yaxın kadrların buradan uzaqlaşdırılmnası üçün zəmin hazırlanır.
16 yaşlıların baş məşqçisi Samir İsmayılov bir müddət əvvəl klubdan ayrılmaq məcburiyyətində qalmışdısa, indi Elxan Abdıyevlə Seymur Həsənov psixoloji təzyiqə məruz qalıb.
Bugünlərdə akademiyanın məşqçilərinin qeyri-rəsmi toplantısı keçirilib. Yığıncaq Nadir Nəbiyevin yerinə gətirilmiş Eltay Aslanovun iaşə obyektində təşkil olunub.
Digər həmkarlarından fərqli olaraq, Abdıyevlə Həsənov kafeyə dəvət edilməyib. Aslanov və başqaları klub rəhbərliyinin onların qarşısına qoyduğu yeni tələblər barədə danışıb.
Yeni direktor vəd edib ki, kim Ehtiram Quliyevə sadiqlik nümayiş etdirərsə, ondan maaşlarını artırmasını istəyəcək.
SPORTİNFO.AZ