COP29

Kurban Berdiyevin "CBC Sport"un əməkdaşından üzr istəməsinə səbəb olan OLAY

16 Sentyabr 16:20 Turan 2 302
Kurban Berdiyevin "CBC Sport"un əməkdaşından üzr istəməsinə səbəb olan OLAY

"Turan Tovuz" Premyer Liqanın 6-cı turunu bərabərliklə qapadı.

Masazırda "Sabah"ın qonağı olan bölgə klubu 1 xalı 2 qolla qazandı.

Matçda sonra keçirilən mətbuat konfransında "Turan"ın baş məşqçisi Kurban Berdiyev maraqlı addımı ilə yadda qaldı.

Jurnalistlərin suallarını cavablayan türkmənistanlı çalışdırıcı konfransın bitdiyi elan olunduqda sonra hər kəsdən bir dəqiqəlik onu dinləməsini xahiş etdi.

Sitat: "Kəpəz"lə oyundan öncə bir jurnalist hazırlığımızda iştirak üçün müraciət etmişdi. Amma ona müsbət cavab verə bilməmişdik. Səhv mənimdir. Arada anlaşılmazlıq olmuşdu. Baxıram ki, həmin şəxs zalda yoxdur. Amma sizlərin qarşısında ondan üzr istəyirəm. Biz onun istəyinə qarşılıq verə bilməmişdik".

Sonradan öyrəndik ki, söhbət "CBC Sport" kanalının komandasından gedir.

İdman kanalı reportaj üçün kluba müraciət etsə də, arada anlaşılmazlıq olmuş və televiziyanın istəyi baş tutmayıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!