COP29

"Sabah"ın qələbəsinə mane oldu, Masazırda çətin anlar yaşadı - VİDEO

16 Sentyabr 21:00 Turan 369
"Sabah"ın qələbəsinə mane oldu, Masazırda çətin anlar yaşadı - VİDEO

"Turan Tovuz" Premyer Liqadakı məğlubiyyətsiz seriyasını 6-ya çatdırdı.

Masazırda "Sabah"ın qonağı olan bölgə klubu 1 xalı 2 qolla qazandı.

Kollektiv buna görə ilk növbədə Ayxan Quseynova minnətdar olmalıdır.

30-cu dəqiqədə Aleks Souzanın yerinə meydana daxil olan yarımmüdafiəçi 76-cı dəqiqədə vurduğu baxımlı qolla bir anda qəhrəman oldu.

Oyunun adamına matçdan sonra da böyük diqqət vardı.

Başına cəm olan fanatlardan onu təbrik edəni, avtoqraf alanı, imza və forma istəyəninə kimi vardı.

"Deyəsən, buradan çıxa bilməyəcəm" - deyən Ayxanın dadına klubun əməkdaşları çatdı.

Fanatların əhatəsindən olan futbolçunu çətinliklə də olsa onu gözləyən maşına kimi aparmaq mümkün oldu.

Quseynov sonda gördüyü sevgiyə görə azyaşlı uşaqlara öpüş göndərməyi də unutmadı.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!