COP29

"Komanda bütövləşirsə, sürpriz qeydə alına bilər" - Kurban Berdiyev

15 Sentyabr 23:30 Turan 805
"Komanda bütövləşirsə, sürpriz qeydə alına bilər" - Kurban Berdiyev

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Paltardəyişmə otağında uşaqlara dedim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumən xarakter göstərdik. Futbolçularımdan çox razı qaldım.

- Son dəqiqələrdə sayılmayan qolla bağlı fikirləriniz necədir?

- Yan xətt hakimi bildirdi ki, top göydə olanda meydanı tərk edib. Amma videoda görünmürdü. Bu, artıq onun qərarıdır.

- Şəhriyar Əliyevin yoxluğu necə təsir göstərdi?

- Bəli, onun yoxluğu hiss olunurdu. Amma ümumən uşaqlar öhdəsindən gəldilər.

- Bu gün komandanızın oyununa 5 ballıq şkala ilə neçə bal verərdiz?

- Qiymətləndirə bilmərəm. Bəzi problemlər var idi. Yaxşı məqamlar da var, yaxşı olmayan məqamlar da.

- Komandanızdan nə dərəcədə razısınız?

- Tam razıyam desəm, düz olmaz. Amma futbolçular həm məşqdə, həm də oyunda əllərindən gələni edirlər. Bu, bizi qane edir.

- Qələbələr gəldikcə azarkeşlər artıq çempionluq haqda danışır. Bu, üzərinizdə təzyiq yaratmır?

- Bu, azarkeşlərin təbii istəyidir. Biz onlara təşəkkür edirik. Futbolçularım hər oyunda daha çox can qoymağa çalışırlar. Necə alınacağını Allah bilir. Təcrübə onu göstərir ki, komanda bütövləşirsə, nizam-intizamı qoruyursa, onda sürpriz qeydə alına bilər.

- "Turan Tovuz" ötən mövsümlə müqayisədə çox sakit görünür, epizodlara sərt etiraz etmir. Nə baş verdi ki, komanda belə dəyişdi?

- Çalışırıq ki, oyunçularımız nəinki oyunda, hər zaman intizamı qorusunlar. Bunun üzərində işləyirik. Nizam-intizamı hissələrə bölmək olmaz, bu, bütövlükdə bir anlayışdır.

- Hücumçu axtarırsız?

- Otto Cona təklif gəlmişdi. Buna görə hücumçu axtarırdıq.

Digər Xəbərlər
Xəbər Lenti