COP29

Ehtiram Quliyev göstəriş verdi, onlarla uşaq küçədə qaldı

12 Sentyabr 14:00 Turan 1 172
Ehtiram Quliyev göstəriş verdi, onlarla uşaq küçədə qaldı

«Turan Tovuz»da növbəti dəfə xoşagəlməz situasiya yaranıb.

Futbol akademiyası ilə bağlı verilən yeni qərar onlarla azyaşlı futbolçunu çətin vəziyyətə salıb.

Belə ki, ətraf rayonlardan akademiyaya cəlb edilmiş və bazadakı binada yerləşdirilmiş uşaq və yeniyetmələr futbolu atmaq məcburiyyətində qalıb.

Klub rəhbərliyi tərəfindən onlara daha burada saxlanılmayacaqları barədə xəbərdarlıq edilib. Söhbət Gəncə, Qazax, Şəmkir və Ağstafa kimi yaxın rayonlardan gələnlərdən gedir.

Yeni qərara əsasən, bundan sonra akademiyanın yataqxanasında yalnız uzaq rayonlardan olanlar qalacaq və qidalandırılacaq.

Aydındır ki, bu təlimat Ehtiram Quliyevə məxsusdur.

İdarə Heyətinin sədri əsas komandanı Kurban Berdiyevə tapşırandan bəri uşaq futboluna diqqəti çox azaldıb. İş adamını indi yalnız əsas komanda və onun nəticələri maraqlandırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar