COP29

Kurban Berdiyev Ehtiram Quliyevin gördüyü işi BƏYƏNMƏDİ - Sökün buranı, tez!

11 Sentyabr 13:00 Turan 1 539
Kurban Berdiyev Ehtiram Quliyevin gördüyü işi BƏYƏNMƏDİ - Sökün buranı, tez!

Dünən xəbər verdiyimiz kimi, «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev təəccüb və narazılıq doğuran qərarla rayonda hər kəsin diqqətini yenidən öz üzərinə çəkib.

İş adamı Tovuzdakı bazanın yerləşdiyi ərazidə tikilən yeni akademiya binasının profilini dəyişib.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bazada çalışan şəxslərdən bir nkçəsinin bildirdiyinə görə, təməli 1 il öncə atılan və ötən müddətdə inşası dəfələrlə dayandırılan bina uşaq futbol məktəbinin ixtiyarına verilib.

Onun göstərişinə əsasən, bura əsas komandanın istifadəsində olacaq.

Üç mərtəbəli və 24 otaqdan ibarət korpus həftədə 1 gün Tovuzda qalacaq Kurban Berdiyev və oyunçularına xidmət edəcək. Azyaşlı uşaqlar və onların məşqçiləri binaya buraxılmayacaq.

Belə bir vaxtda Kurban Berdiyev nə edib, bilirsiz? Baş məşqçi Ehtiram Quliyevin tikdirdiyi binanın şəraitindən razı qalmayıb.

Rusiyalı çalışdırıcı obyekti qarış-qarış gəzib, otaqların balaca olduğu qənaətinə gəlib. O, görülən işləri bəyənmədiyini Quliyevin adamlarının diqqətinə çatdırıb.

Berdiyev sədri əlavə xərcə salıb. Sabiq «Rubin»li burada söküntü işlərinin aparılmasını, otaqların sahəsinin genişləndirilməsini tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?