COP29

Ehtiram Quliyev istəmirdi, Kurban Berdiyev isə… XƏBƏRİNİZ OLSUN!

4 Sentyabr 23:20 Turan 1 930
Ehtiram Quliyev istəmirdi, Kurban Berdiyev isə… XƏBƏRİNİZ OLSUN!

Ötən mövsümün gedişində "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevin Əvəzedici Liqanın ləğv edilməsi barədə təklifi ictimaiyyətdə geniş müzakirələrə yol açmışdı.

İş adamı əsas gətirmişdi ki, liqanın varlığı ciddi əhəmiyyət daşımır.

Əksinə, əlavə maliyyə xərcinə yol açır.

Əksəriyyət isə onun bu fikrini bəyənməmişdi.

Elə qanunverici orqan olan AFFA da sonda çoxluğun tələbi ilə getdi.

Əbəs deyil ki, AFFA İcraiyyə Komitəsinin iclasında təklif qəbul edilmədi.

Ən qəribəsi isə odur ki, əgər Quliyevin istəyi baş tutsaydı, bu gün Əvəzedici Liqanın yoxluğundan ən çox rəhbəri olduğu klub əziyyət çəkəcəkdi.

Belə ki, yeni mövsümün arxada qalan 5 turunda ikinci komandanın xidmətindən ən çox yararlanan klub "Turan Tovuz"dur.

Belə ki, Kurban Berdiyev əksər vaxt əsas komandanın üzvlərini orada meydana çıxmağa təşviq edir.

Bəzən ilk "onbirlik"də A komandasından 5-6 futbolçu çıxış edir.

Bunlar Sergey Samok, Mehman Hacıyev, Sadiq Quliyev, İsmayıl Zülfüqarlı, Ayxan Quseynov, İbrahim Ramazanov kimi adlardır.

Hazırda 12 xalla lider olan bölgə klubunun aktivində 4 qələbə, 1 məğlubiyyət var.

Təbii ki, nəticələrin ürəkaçan olmasında yuxarıdakı adların az rolu yoxdur.

Berdiyev bununla həm ehtiyatda qalanlara oyun praktikası qazandırırsa, digər tərəfdən də ikinci komandanın gənclərini məğlubiyyətlərdən xilas etmiş olur.

Tanınmış mütəxəssis verdiyi qərarla bu liqanın varlığının nə qədər vacib olmasını əyani göstərir.

Yəqin ki, Ehtiram bəy də aydın görür.

Hətta ötən mövsümün gedişində verdiyi yanlış təklifin gerçəkləşməməsinə görə indi sevinir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti