COP29

Kurban Berdiyev rəhbərlikdən tələb etdi -  Mənə 3 legionerin alın

4 Sentyabr 13:00 Turan 2 892
Kurban Berdiyev rəhbərlikdən tələb etdi -  Mənə 3 legionerin alın

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yeni tələb irəli sürüb.

Rusiyalı mütəxəssis rəhbərlikdən daha 3 transfer istəyib. «Rubin»in sabiq çalışdırıcısı yarımmüdafiənin mərkəzinə, sağ cinaha və hücuma legionerlərin alınmasını tapşırıb.

Təcrübəli sükançı bildirib ki, o, artıq Premyer Liqanın səviyyəsi ilə yaxından tanışdır və mövcud heyətlə iddianı sonadək qorumaq qeyri-mümkündür.

Berdiyev sürətli oyunçulara ehtiyac duyduğunu söyləyib və qeyd edib ki, onlar gəlmədən avrokuboklar uğrunda yürüş yarımçıq kəsiləcək.

Tovuz təmsioçisi bu yay Elçin Qasmov (icarədən qayıdıb, "Şamaxı"), Tural Bayramlı, İvan Konovalov, Kurban Berdıyev (baş məşqçi), Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev, Rüfət Əhmədov, Araş Qadiri, İbrahim Ramazanov və Fərid Yusiflini heyətinə qatıb.

«Turan» çempionatın ilk 5 həftəsində 13 xal toplayıb. Aktivində 4 qələbə və 1 heç-heçə olan qərb komandası turnir cədvəlinə başçılıq edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti