COP29

“Turan Tovuz” əzəli rəqibinin “qapısını döydü”

1 Sentyabr 23:45 Turan 3 579
“Turan Tovuz” əzəli rəqibinin “qapısını döydü”

Premyer Liqada 5-ci turun oyunlarında sonra çempionatda iki həftəlik fasilə yaranacaq.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev bu müddətdən səmərəli istifadə olunması üçün tapşırıq verib.

Tovuzlular növbəti turda səfərdə “Sabah”la qarşılaşacağından, təcrübəli mütəxəssis fasilə müddətində təbii ot üzərində məşq etməyin vacibliyini vurğulayıb.

Hazırda Bakıda hazırlıq keçmək üçün uyğun qazon yoxdur. Odur ki, “Turan Tovuz” “Kəpəz”in stadionundan yararlanmaq istəyir.

Gəncəlilər də məşqlərini burada davam etdirdiyindən, klub rəsmiləri ortaq məxrəcə gəlməlidir ki, həm çalışmalar üst-üstə düşməsin, həm də örtük sıradan çıxmasın.

“Turan Tovuz” sentyabrın 15-də “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq. Oyun saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM