COP29

"Qarabağ" və "Sumqayıt" üz çevirdi, "Sabah" köməyə çatdı

2 Sentyabr 19:00 Turan 2 852
"Qarabağ"  və "Sumqayıt" üz çevirdi, "Sabah" köməyə çatdı

“Turan Tovuz” növbədi dəfə köç etməli olub.

Premyer Liqa matçlarına birqayda olaraq Bakıda hazırlaşan bölgə klubu ilk vaxtlar “Azərsun Arena”nın xidmətindən istifadə edirdi.

Daha sonra “Sumqayıt”a məxsus “Kapital Bank Arena”ya üz tutan tovuzluların buradakı ömrü də qısa çəkib.

“Kimyaçılar”ın rəhbərliyi məşq etmələri üçün daha meydança verə bilməyəcəklərini qarşı tərəfin diqqətinə çatdırıb.

Belədə “Turan” rəhbərliyi yeni meydança axtarışına çıxıb.

İstəklərinə isə qısa müddətdə çata biliblər.

“Sabah” klubu ilə danışıqlar müsbət yekunlaşıb.

Kurban Berdiyevin məşqlərini “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçməsi ilə bağlı razılıq əldə olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti