COP29

Berdiyev “top”u rəhbərliyə atdı: “Bu sualları mənə yox, onlara ünvanlayın”

30 Avqust 20:30 Turan 1 899
Berdiyev “top”u rəhbərliyə atdı: “Bu sualları mənə yox, onlara ünvanlayın”

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün möveləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır ya da başqa psixoloji məqamdır.

- Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, Premyer Liqada oyanyan futbolçu belə səhvə yol verə biıər?

- Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.

- "Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir?

- İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.

- Sizin üçmün nəticə önəmlidir, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsüz?

- İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar.

- Bura gələndə inanırdız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsız?

- Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulra təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.

- Milli fasilə komandanı tonusdan sala bilər?

- Yox. İstənilən halda fasilə lazımdır. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.

- Transfer gözlənilir?

- Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.

Digər Xəbərlər
Xəbər Lenti